Modern.az

9 iyunun hava PROQNOZU - 37 dərəcə isti

9 iyunun hava PROQNOZU - 37 dərəcə isti

8 İyun 2014, 17:59


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, iyunun 9-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Gün ərzində hava əsasən yağmursuz olacaq.

Abşeron yarımadasında temperaturun gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23 dərəcə isti, Türkan, Hövsan, Şıx, Şahildə 23-24 dərəcə isti olacaqdır.

Azərbaycan rayonlarında hava əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 16-21dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq.

Aran rayonlarında iyunun 9-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 17-22 dərəcə, gündüz 30-35 dərəcə, bəzi yerlərdə 37 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu