İlham Mirzəyevin məhkəməsinin vaxtı bir aydan sonra bəlli olacaq. Bu barədə Modern.az-a teleaparıcının vəkili Xanlar Bayramzadə məlumat verib. O bildirib ki, İ.Mirzəyevə qarşı irəli sürülən ittihamlarla bağlı istintaq bir aydan sonra başa çatır. Odur ki, məhkəmənin nə zaman keçiriləcəyi də həmin vaxt məlum olacaq.
Müvəkkilinin səhhətinin normal olduğunu deyən X. Bayramzadə onun ailə üzvləri ilə də görüşdüyünü bildirib.
Qeyd edək ki, keçmiş teleaparıcı İlham Mirzəyev dələduzluqda (Cinayət Məcəlləsi 178-ci maddə) ittiham olunur. Onun barəsində Nərimanov Rayon Məhkəməsi 2 aylıq həbs qətimkan tədbiri seçib.
Gültəkin ƏLƏSGƏR