Modern.az

Nazirlikdən meteohəssas insanlara XƏBƏRDARLIQ

Nazirlikdən meteohəssas insanlara XƏBƏRDARLIQ

9 İyun 2014, 13:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında  iyunun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında iyunun 10-da əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda günorta saatlarında temperaturun 35 dərəcəyədək yüksələcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.   Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu