Modern.az

Jurnalistin qətlinin sifarişçisinə və killerə ömürlük cəza verildi

Jurnalistin qətlinin sifarişçisinə və killerə ömürlük cəza verildi

9 İyun 2014, 14:10

Moskva şəhər məhkəməsi Rustam Mahmudovu və Lom-Əli Qaytukayevi jurnalist Anna Politkovskyanın qətlində və təşkilində təqsirli bilərək ömürlük azadlıqdan məhrum edilmələri haqda hökm çıxarıb.
Modern.az
Rusiya mətbuatına istinadən xəbər verir ki, “Novaya qazeta”nın icmalçısı, araşdırmalar ilə tanınan jurnalist Anna Politkovskaya 2006-cı ilin oktyabr ayında yaşadığı binanın liftində güllələnib. Bu, son illər Rusiya tarixinə ən səs-küylü qətli kimi düşüb. Cinayətin motivinə gəldikdə, istintaqın qənaətinə görə buna səbəb Politkovskayanın jurnalist kimi fəaliyyətindən narazılıq olub. Ancaq qətlin sifarişçisi müəyyənləşdirilməyib. KİV-dəki məlumatlara görə, tanınmış jurnalistin qətlini Moskva şəhər Daxili İşlər İdarəsinin keçmiş əməkdaşı ifadəsində bildirib ki, cinayətin sifarişçisi çeçen yaraqlılarının keçmiş rəhbəri Əhməd Zakayev və tanınmış rusiyalı mərhum biznesmen Boris Berezovski olublar. Ancaq Politkovskayanın qohumları və həmkarları bu versiyanı inandırıcı hesab etmirlər. 





Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu