Modern.az

Tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açıldı

Tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açıldı

9 İyun 2014, 16:50


Nəsimi rayon məhkəməsindən daxil olmuş xüsusi qərarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırmalar zamanı “Lalə-H” Mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin qulluq mövqeyindən sui-istifadə edərək kooperativ tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzili təkrarən saxta müqavilə əsasında Bakı şəhər sakininə 95 min manata satmaqla sonuncuya külli miqdarda zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu