Modern.az

İlham Əliyev yol tikintisi üçün 3 milyon manat ayırdı

İlham Əliyev yol tikintisi üçün 3 milyon manat ayırdı

9 İyun 2014, 21:00


Azərbaycan prezidenti İlham Əliyev Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 23 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Samux Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.   Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu