Modern.az

Prokurorluqdan Mingəçevirdəki qətl hadisəsi ilə bağlı AÇIQLAMA

Prokurorluqdan Mingəçevirdəki qətl hadisəsi ilə bağlı AÇIQLAMA

9 İyun 2014, 21:16

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Mingəçevir şəhərində törədilmiş qətlin "isti izlər"lə açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib. Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar.

Belə ki, iyunun 2-də Mingəçevir şəhər sakini Tural Quliyevin yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla əlaqədar şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Hacıqabul şəhər sakini Bəhram Dadaşov tutulub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, mayın 31-də axşam B.Dadaşov mobil telefon vasitəsi ilə tanış olduğu, özünü "Gülər" kimi təqdim edən T.Quliyevin evinə gəlib və gecə saat 03 radələrində münaqişə zəminində sonuncunu qətlə yetirib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu