Modern.az

8 iyunda keçirilmiş buraxılış imtahanlarının nəticələri AÇIQLANDI

8 iyunda keçirilmiş buraxılış imtahanlarının nəticələri AÇIQLANDI

10 İyun 2014, 21:00

Modern.az saytı xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 8 iyun tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini bu gün elan edib. İmtahanda iştirak etmiş şagirdlər imtahan nəticələri ilə iş nömrəsini 7727 nömrəsinə göndərə və ya TQDK-nın internet saytında //eservices.tqdk.gov.az/netorta/ keçidinə daxil olmaqla tanış ola bilərlər.
Qeyd edək ki, şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan ediləcək.

Xatırladaq ki, oyunun 8-də göndərilmiş ilk buraxılış imtahanı (IX və XI siniflər üçün) Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda keçirilib. Həmin gün eyni zamanda qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan veriblər.
Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı keçirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu