Modern.az

Temperatur 35 dərəcəyədək yüksələcək

Temperatur 35 dərəcəyədək yüksələcək

11 İyun 2014, 13:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyunun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Mülayim şimal küləyi gecəyə doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 17-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu