Azərbaycanda zindandan xəbər verən teleaparıcıdan bəd xəbər var. Həbsxanada cəza çəkən insanları efir vasitəsilə yaxınları ilə görüşdürən, "Xəzər" televiziyasından yayımlanan “Rezonans” verilişinin aparıcısı Ağalar Ağayev dünyasını dəyişib.
Milli.az-ın məlumatına görə, o, cəzaçəkmə müəssisəsində ürək çatışmazlığından ölüb. Törətdiyi cinayətə görə 8 il müddətinə azadlıqdan məhrum edilmiş aparıcının qəflətən halı pisləşib. Təcili yardım çağırılanadək keçinib.
Modern.az