Modern.az

DİN-in “qaynar xətt”ə daxil olan şikayətlərin sayı açıqlandı

DİN-in “qaynar xətt”ə daxil olan şikayətlərin sayı açıqlandı

11 İyun 2014, 14:43


İnsan hüquq və azadlıqlarının qorunması, korrupsiyaya qarşı mübarizə sahəsində respublikanın daxili işlər orqanları tərəfindən müvafiq dövlət proqramları əsasında həyata keçirilən sistemli tədbirlər hər bir şəxsin konstitusion hüquqlarının və qanuni mənafelərinin müdafiəsi işinin səmərəsini daha da artırıb.

DİN-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müraciətlərin eyni zamanda elektron qaydada qəbulu, effektiv araşdırılması mexanizminin müəyyən edilməsi, birbaşa və səyyar qəbulların təşkili vətəndaş məmnunluğunun təmin edilməsində müsbət nəticələrini şərtləndirib.

Təkcə 2013-cü ildə Nazirliyin “102” Xidməti - Zəng Mərkəzi sisteminə 216 minə yaxın, o cümlədən 13 mindən çox cinayət xarakterli məlumat daxil olub, bu əsasda 300-dək ağır və xüsusilə ağır cinayət “isti izlərlə” açılıb, minlərlə şəxsə hüquqi yardım göstərilib, zəruri izahlar verilib. Həmçinin, polis əməkdaşları tərəfindən qanunçuluğun pozulması, vəzifə səlahiyyətlərinin lazımi qaydada icra edilməməsi barədə bütün şikayətlər operativ və obyektiv araşdırılmış, adekvat intizam tədbirləri görülüb.  

Diqqətinizə çatdırırıq ki, müvafiq sahədə fəaliyyətin davamı olaraq Baş Dövlət Yol Polisi İdarəsində də şikayətlərin qəbulunu həyata keçirən “Qaynar xətt” xidməti yaradılmışdır. Bununla əlaqədar həmin qurumun əməkdaşlarının qanunsuz hərəkətləri barədə “102” xidməti ilə yanaşı “902” telefon nömrəsinə də məlumat verə bilərsiniz.

Hər bir müraciət üzrə dərhal və qısa müddətdə qanunauyğun tədbirlər görüləcək, qarşılaşdıqları və ya şahidi olduqları  neqativ halların hərtərəfli və obyektiv araşdırılması təmin ediləcək.

 

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu