Modern.az

Moskvada prezident qızının sevgilisi oğurlanıb

Moskvada prezident qızının sevgilisi oğurlanıb

11 İyun 2014, 14:52



İyunun 10-da Moskvada özbəkistanlı prodüsser Mirsobir Hamidkariyevi naməlum şəxslər qaçırıblar. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cinayət şəhərin mərkəzində birbaşa onun arvadı və oğlunun gözü qarşısında baş verib. Vətənəində müğənni və aktyor Farux Saipovun administratoru kimi tanınan Mirsodir Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın sevgilisi olub. Saipovla Kərimova mübahisə edərək ayrıldıqdan sonra müğənninin dostları repressiyalarla üzləşiblər. Onları Özbəkistanda ekstremizmdə günahlandırıblar. Farux Saipovun özünü isə efirlərdən uzaqlaşdırıblar. Onun prodüsseri Hamidkariyev isə Rusiyaya qaçmaqla status almağa nail olub. Mirsobirin qohumları onun oğurlanmasında Özbəkistan hakimiyyətindən şübhələnirlər. 

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu