“Sağlamlıq haqqında” qanun layihəsinə ərzaq məhsullarının tərkibinin zənginləşdirilməsi ilə bağlı yeni maddənin əlavə olunması nəzərdə tutulur. Hazırda layihə üzərində iş gedir”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. O bildirib ki, hələ ki, məsələ açıq qalıb. Payız sessiyasının gündəliyinə salınması nəzərdə tutulan qanun layihəsinə dəyişiklik alınsa, o zaman Nazirlər Kabineti bunun üçün lazım olan normaları müəyyənləşdirəcək.
Onu da qeyd edək ki, Hadı Rəcəbli bir müddət öncə ərzaq məhsullarının tərkibinin zənginləşdirilməsi ilə bağlı açıqlama vermişdi. O, uzun illərdir dünyada ərzaqların zənginləşdirilməsi prosesinin getdiyini və unun, şəkərin, düyünün tərkibinə müəyyən maddə qatıldığını bildirmişdi. Qidalara əlavə olunan maddələr, insan orqanizmində çatışmayan mikroelementlər əhalinin xəbəri olmadan onlara yedizdirilir. Dünyada A vitamini çatışmazlığından əziyyət çəkənlər üçün bu kimi maddələr una əlavə edilir. Bununla yanaşı, Çində boy artımı ilə bağlı xüsusi tədbirlər görülür. Belə ki, orada əhalinin boyu son illərdə 7-8 sm artıb. Bütün bu nailiyyətlər də una edilən əlavələrin hesabına əldə olunub. Çünki əhali çörəkdən daha çox istifadə edir. Bütün bunlar ərzaqların tərkibinin zənginləşdirilməsi səbəbinə həyata keçirilir.
Gültəkin ƏLƏSGƏR