Modern.az

Özünü yandıran qadının vəziyyəti sabitdir

Özünü yandıran qadının vəziyyəti sabitdir

11 İyun 2014, 15:22


“Sevil Bəkirova reanimasiyada yatmağa davam edir. Vəziyyəti stabildir, ağırlaşma yoxdur”. Bunu Modern.az-a açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov deyib. “Düşünürəm ki, Bəkirovanı bir neçə günə palataya köçürəcəyik. Hər şey yaxşıya doğru gedir, normal qidalanır, hafizəsi yerindədir”.

Xəstənin indiyə qədər iki dəfə əməliyyat olunduğunu deyən V. Ələkbərov birinci əməliyyat zamanı ölmüş toxumaların təmizləndiyini, ikinci əməliyyatda isə dəri köçürüldüyünü bildirdi. “Növbəti əməliyyat zamanı da təkrar dəri köçürülməsi olacaq. Üzündəki yanıq izləri demək olar ki, sağalıb. İnşallah normal həyatına dönə biləcək”.

Qeyd edək ki, S. Bəkirovanın anası Almaz Bəkirovanın Modern.az-a bildirdiyinə görə,  2 ildir ailə həyatı quran qızının özünü yandırmasına səbəb qayınanası və baldızı olub. Bir DVD üstündə başlayan mübahisə qadını yaşadıqları evin həyətində üstünə benzin tökərək yandırmasına qədər gəlib çıxıb.

 

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu