Modern.az

Həbsdə olmasaydı Braziliyanın qapısını qoruyacaqdı

Həbsdə olmasaydı Braziliyanın qapısını qoruyacaqdı

11 İyun 2014, 16:33

Dünya həbsdəki qapıçı Bruno Fernandezin dramından danışır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Braziliyanın “Flamengo” klubunun qapıçısı olan və ölkənin ən yaxşı qapıçıları arasında göstərilən Bruno həbsdədir. Həyat yoldaşını öldürməkdə günahkar bilinərək 22 il həbs cəzası alan Fernandezdən söz düşəndə deyirlər ki, əgər həbsə girməsəydı, indi milli komandanın formasını geyinəcəkdi.

Dünya kubokunun başlamasına artıq sayılı saatlar qalanda oyunçunun vəziyyəti bir daha gündəmə gəlib. Yoldaşları öz tamaşaçıları qarşısında ən əhəmiyyətli futbol təşkilatına çıxmağa hazırlanarkən 30 yaşındakı məhbus qapıçı dəmir barmaqlıqlar arxasında olacaq. 

“Atletiko Mineiro”, “Corinthians” və “Flamengo” kimi ölkənin tanınmış komandalarında forma geyən qapıçı Bruno Fernandes de Souza həyat yoldaşını öldürməkdən əlavə körpələrini qaçırdığı üçün də cəzalandırılıb. Təxminən üç ildir həbsdə olan Fernandezin bu müddətdəki yaxşı davranışı nəzərə alınaraq keçən il oyunçuya bir qədər futbol oynama azadlığı verilmiş və  “Montes Claros” komandası ilə beş illik müqavilə imzalayan futbolçunun regional liqadakı matçlarda iştirakına icazə verilmişdi.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu