Modern.az

Davudoğlu əsəbiləşdi: “Kimsə bizim qüdrətimizi sınağa çəkməsin”

Davudoğlu əsəbiləşdi: “Kimsə bizim qüdrətimizi sınağa çəkməsin”

11 İyun 2014, 21:47

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İraqın Mosul şəhərində türk baş konsulluğunun əməkdaşlarının İraq Şam İslam Dövləti  (İŞİD) adı ilə tanınan silahlı qruplar tərəfindən qaçırılmasına münasibət bildirib. Modern.az Türkiyə KİV-nə  istinadən xəbər verir ki, ABŞ-da səfərdə olan  xarici siyasət idarəsinin rəhbəri bununla bağlı sərt bəyanat verib. O bildirib ki, kimsə, hansısa qüvvə Türkiyənin qüdrətini sınağa çəkməməlidir.

“Vətəndaşlarımıza hər hansı bir şəkildə xələl gəlsə, bunun qarşılıqsız qalması mümkün deyil. Kimsə Türkiyənin qüdrətini sınağa çəkməyə cəhd etməməlidir. Vətəndaşlarımıza kimsə zərər verəcəksə, bunun ən şiddətli qarşılığını görəcək”.  

Ə. Davudoğlu Mosuldakı hadisələrə görə İraq hökumətinin məsuliyyət daşıdığını bildirib. Qeyd edək ki, Ə. Davudoğlu ABŞ-dan ölkəsinə yola düşüb.

Xatırladaq ki, Türkiyənin Mosuldakı baş konsulu Öztürk Yılmazı və sözügedən diplomatik nümayəndəliyin əməkdaşlarını İŞİD girov götürüb.

A. Kərimov 

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu