Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 22-23-də rəsmi səfərlə Ermənistanda olacaq. Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, Rusiya XİN başçısı İrəvanda prezident Serj Sərkisyan və həmkarı Edvard Nalbəndyanla görüşəcək.
Görüşlər zamanı Rusiya prezidentinin ötən ilin dekabrında Ermənistana səfəri çərçivəsində əldə edilmiş razılaşmaların reallaşma prosesi, iki ölkə arasında müttəfiqlik, hərbi əməkdaşlığın dərinləşməsi və iqtisadi-ticari məsələlərin, həmçinin, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü prosesinin müzakirəsi gözlənilir. Tərəflər Qarabağ problematikasına da diqqət ayıracaqlar.Xatırladaq ki, Lavrov İrəvandan öncə, iyunun 18-19-da rəsmi səfərdə Bakıda olacaq.
Modern.az