Modern.az

Ağdaş-Qaravəlli yolundakı qəzada ölənlərin sayı artdı

Ağdaş-Qaravəlli yolundakı qəzada ölənlərin sayı artdı

12 İyun 2014, 10:59

Qazax rayon Mərkəzi Xəstəxanasından Modern.az-a verilən məlumata görə, qəzada ağır yaralanan Səxavət Məsiyev dünən xəstəxanada dünyasını dəyişib. Mərhum bu gün dəfn olunacaq. Yaxınlarının verdiyi məlumata görə, hazırda S.Məsiyevin arvadı və 7 aylıq körpəsinin vəziyyəti nisbətən sabitdir. Bir neçə gün əvvəl uşağı müayinə olunmaq üçün Bakıya, Qarayev adına xəstəxanaya gətiriblər. Xəstəxanada 3 gün qaldıqdan sonra vəziyyəti qənaətbəxş olduğundan uşaq həkim tərəfindən evə yazılıb.
Qeyd edək ki, hadisə nəticəsində Ağdaş-Qaravəlli yolunda mikroavtobusla “SACHMAN” markalı yük maşını toqquşub. 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölənlərdən 3 nəfər bir ailənin üzvüdür.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu