Modern.az

Avropanın ən təhsilli ölkəsi Şotlandiyadır

Avropanın ən təhsilli ölkəsi Şotlandiyadır

12 İyun 2014, 11:35


Şotlandiyanın Avropada ən təhsilli ölkə olduğu açıqlanıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə Britaniyanın Milli Statistika İdarəsinin məlumatları əsasında gəlinib. Ekspertlər müəyyənləşdiriblər ki, yaşı 25-dən 64-ə qədər olan şotlandiyalıların demək olar 45 faizi kollec və universitet səviyyəsində təhsil alırlar. Bu göstəriciyə görə Şotlandiya İrlandiya, Lüksemburq və Finlandiyanı geridə qoyur. Birləşmiş Krallıq ümumilikdə beşinci yerdədir. Onun ardınca Kipr, Estoniya və İsveç gəlir. Reytinq siyahısında Fransa və Almaniya da var.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu