Modern.az

Altı nəfər yol qəzasında ölüb

Altı nəfər yol qəzasında ölüb

12 İyun 2014, 13:45

İyunun 11-də Azərbaycanın avtomobil yollarında baş verən 7 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxili işlər orqanları tərəfindən gün ərzində 76 cinayət faktı qeydə alınıb, onların da 40-ı “isti izlər”lə açılıb. İyunun 11-də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil veriliblər.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 33 nəfər tutulub.  

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu