Modern.az

Sabahın hava proqnozu - külək və yağıntı olacaq

Sabahın hava proqnozu - külək və yağıntı olacaq

12 İyun 2014, 14:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə saatlarında şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz  22-26 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun tempereturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 20-21, Türkan, Hövsan, Şıx, Sahildə 21-22 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında iyunun 13-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.   Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu