Modern.az

Bakıda TürkPA-nın plenar iclası öz işinə başlayıb

Bakıda TürkPA-nın plenar iclası öz işinə başlayıb

12 İyun 2014, 15:04

Bu gün Bakıda Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) Şurasının iclası keçirilib. Modern.az xəbər verir ki, Qazaxıstan parlamenti Məclisinin sədri Kabibulla Cakupov və Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekovun başçılıq etdiyi nümayəndə heyətləri iclasda iştirak ediblər. TürkPA sessiyasında iştirak edəcək nümayəndə heyətləri Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun müşayiəti ilə bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edib.
Qurumun sabahki plenar iclasın gündəliyinə daimi komissiyaların sədr və sədr müavinlərinin seçilməsi Azərbaycanda keçirilən prezident seçkilərinə dair TürkPA beynəlxalq müşahidəçilər missiyasının hesabatı və TürkPA-nın 2015-ci il üçün büdcəsinin qəbulu daxil edilib.


TBugünkü iclasda Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin İraqdakı diplomatik missiyasına qarşı olan hücumlardan danışıb. Milli Məclis sədri qardaş Türkiyənin İraqdakı diplomatik missiyasına qarşı olan hücumları qətiyyətlə pisləyib. O, konsulluq əməkdaşlarının və təxribatçılardan dərhal azad olunmasını tələb edib.Plenar iclasda Türkdilli ölkələrin Əməkdaşlıq Şurası (TDƏŞ), TÜRKSOY, Türk Akademiyası, Qaradəniz Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, GUAM və Mərmərə Qrupu Fondunun nümayəndələri iştirak edir. Macarıstan parlamentinin sədr müavini Sandor Lezsak başçılıq etdiyi nümayəndə heyəti də TÜRKPA-nın beşinci iclasında iştirak edir. Assambleya Şurasının toplantısı zamanı Macarıstan parlamentinin TÜRKPA-da müşahidəçi statusunun alınması gözlənilir.  

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu