Modern.az

Poroşenko seçki kampaniyasına 96 milyon xərcləyib

Poroşenko seçki kampaniyasına 96 milyon xərcləyib

12 İyun 2014, 15:28

Ukraynanın yeni prezidenti Pyotr Poroşenko özünün seçki kampaniyasına 96,475 milyon qrivna xərcləyib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki,  bu məbləğin hamısı prezidentin şəxsi vəsaiti olub. Seçkiqabağı təbliğat materiallarının hazırlanmasına 4,020 qrivna, kütləvi informasiya vasitələrindən istifadəyə 82,379 milyon, təbliğat aparmaq üçün digər vasitələrdən istifadəyə  215 min, digər xərclərə 9,852 milyon qrivna sərf olunub. Prezidentliyə digər namizədlər Yuliya Timoşenko, Mixail Dobkin, Sergey Tiqipko və Oleq Lyaşko müvafiq olaraq 67,5, 78,32, 75,5 və 70,44 milyon qrivna xərcləyiblər. Bundan bir qədər az Oleq Tyaqnibokun (17,16 milyon qrivna), Pyotr Simonenkonun(12,002) və Anatoli Qritsenkonun (7,135 milyon qrivna)  xərci çıxıb. Vasili Tsuşko və və dmitri Yaroş seçki kampaniyasına bir qəpik xərcləməyiblər.

 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu