“Məhsuldar siyasi dialoq və dövlətlərarası əməkdaşlığın strateji xarakter alması üçün bütün nəticələr əldə etməyə əsas verir”.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sərkisyanın Rusiyanın dövlət bayramı –Rusiya Günü ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi təbrik məktubunda deyilir.
Onun sözlərinə görə strateji münasibətlər rus və erməni xalqının rifahının artmasına müsbət təsir edəcək. S. Sərkisyan təbrik məktubunda Rusiya ilə Ermənistan arasında hərbi-texniki, humanitar əlaqələrin dərinləşəcəyinə ümid etdiyini bildirib. “Bu şübhəsizdir, regional sabitliyin və təhlükəsizliyin təminatı istiqamətində belə addımlar hər iki ölkənin maraqların acavab verir”,-deyə təbrik məktubunda bildirilir.
Aqşin Kərimov