Rusiya prezidenti Vladimir Putinlə Ukrayna dövlət başçısı Pyotr Poroşenko arasında telefon danışığı olub. Modern.az bildirir ki, bu barədə Putinin mətbuat katibi Dimitri Peskov məlumat verib. Onun sözlərinə görə, telefon danışıqları zamanı Poroşenko Ukraynaın cənub şərqindəki situasiyanın tənzimlənməsi ilə bağlı planı barədə məlumat verib. Ukrayna prezidenti Putini milli bayramı olan Rusiya Günü münasibəti ilə təbrik edib. “Bundan başqa prezidentlər ikitərəfli münasibətləri müzakirə ediblər”.
X.SƏFƏRLİ