“İraqda baş verən son proseslər bizi çox narahat edir. ABŞ qoşunlarının İraqdan çıxmasından sonra bəlli oldu ki, İraq təhlükəsizlik qüvvələri ölkə ərazisində qanun qaydanı qorumaq qüdrətində deyil”. Modern.az bildirir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Mosulda baş verən hadisləri şərh edərkən bildirib.
XİN rəhbəri bildirib ki, 11 il əvvəl ABŞ İraqda demokratiyanın qələbə çaldığını elan edib. Amma o vaxtdan etibarən situasiya deqredasiyaya doğru dəyişib. “Biz çoxdan xəbərdarlıq etmişdik ki, amerikalılar və ingilislərin bu avanturası xoş sonluqla bitməyəcək”-deyə S. Lavrov bildirib.
X. SƏFƏRLİ