Modern.az

“Qalatasaray”ın yeni baş məşqçisi bəlli oldu

“Qalatasaray”ın yeni baş məşqçisi bəlli oldu

12 İyun 2014, 23:46


İyunun 11-də Roberto Mançini ilə yollarını ayıran “Qalatasaray” hazırda Donetskin “Şaxtyor” klubunun baş məşqçisi olan Mirça Luçesku ilə prinsipcə razılığa gəlib. Modern.az-ın Türkiyənin “Haberturk” televiziya kanalına istinadən verdiyi xəbərə görə, rumıniyalı mütəxəssisin iyunun 14-də İstanbula gələrək rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, bu gün futbolçu meneceri kimi tanınan Mino Raiola sosial şəbəkədəki açıqlamasında yazıb: “Mənbələrimdən əldə etdiyim məlumata görə, Luçesku “Qalatasaray”ın yeni baş məşqçisi olacaq və şənbə günü İstanbula gedəcək”.

Raiola Zlatan İbrahimoviç, Mario Balotelli və digər tanınmış oyunçuların təmsilçisidir. Modern.az  
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu