Modern.az

ABŞ İraqda hərbi əməliyyat keçirməkdən İMTİNA etdi

ABŞ İraqda hərbi əməliyyat keçirməkdən İMTİNA etdi

13 İyun 2014, 00:11

Ağ Ev İraqda yerüstü hər hansı əməliyyat keçirmək imkanlarını nəzərdən keçirmir. Modern.az “Röyter”ə istinadən bildirir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Ceyn Karni bildirib. Onun sözlərinə görə, Obamanın terrorçular əleyhinə Bağdada hərbi kömək göstəriləcəyi barədə dediklərinə baxmayaraq bu addım atılmayacaq. C. Karni qeyd edib ki, “hərbi kömək” sözü ilə Obama birmənalı olaraq aviazərbələri nəzərdə tutub. ABŞ prezidenti çıxışında deyib ki, ABŞ terrorçuların İraqda platsdarm əldə etməsində maraqlı deyil.

X. SƏFƏRLİ  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu