Ötən gecə Braziliyada 32 komandanın iştirakı ilə keçiriləcək futbol üzrə 20-ci Dünya Çempionatına start verilib.
Modern.az-ın məlumatına görə, mundialın açılış matçı San Paulo şəhərində baş tutub.
Meydan sahibləri - Braziliya və Xorvatiya yığmaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Braziliya yığmasından Marselo avtoqolla, Neymar isə dublla yadda qalıb. 3-cü topu qonaqların qapısından Oskar keçirib.
Braziliya - Xorvatiya - 3:1
Bu gün saat 21:00-da Meksika – Kamerun matçı baş tutacaq.