Modern.az

Müəllimlərin imtahanlarının cavabını Bakı Təhsil İdarəsi açıqlayacaq

Müəllimlərin imtahanlarının cavabını Bakı Təhsil İdarəsi açıqlayacaq

Təhsil

13 İyun 2014, 10:04

Modern.az-ın məlumatına görə, son 3 gündə müəllimlərin sınaq qiymətləndirməsində 22 minə qədər təhsil işçisi iştirak edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən saytımıza bildirilib ki, son qiymətləndirmə bu gün keçiriləcək.

Hazırda cavab kartlarının emalı prosesi gedir. Bütün cavab kartları emal olunduqdan sonra nəticələr Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytında yerləşdiriləcək.

Qeyd edək ki, Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10 – 13 iyun 2014 - cü il tarixlərində Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulmuşdu.

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!