Modern.az

Muğanbankın yeni filialları artıq xidmətinizdə - FOTO

Muğanbankın yeni filialları artıq xidmətinizdə - FOTO

13 İyun 2014, 12:46

Son zamanlar Muğanbank ölkə ərazisində yeni filiallar açaraq xidmət şəbəkəsini daha da genişləndirir. Belə ki, bankın Bakı şəhərində “VİP” filialı, Şamaxı və Ağcəbədi şəhərlərində isə daha 2 yeni filialı fəaliyyətə başlayıb.

“VİP” filial Bakı şəhəri H.Seyidzadə küçəsi 35/37 ünvanında yerləşir və müştərilərə hər növ bank xidmətləri təqdim edir. Şamaxı şəhəri, H.Əliyev küçəsində yerləşən Şamaxı filialı və Ağcəbədi şəhəri, Nəsimi küçəsində yerləşən Ağcəbədi filialı isə həmin regionda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaradır.

Qeyd edək ki, 2014-cü ilin I yarısında Muğanbankın ölkə üzrə 9 yeni filialı və 1 şöbəsi fəaliyyətə başlayıb.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 39 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

“Muğanbank” ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər bankın məlumat mərkəzinə, (012) 933 telefon nömrəsinə zəng edə bilərlər. Həmçinin, bankın rəsmi saytı //www.muganbank.az/, Facebook və Twitter səhifələrini izləməklə bank və onun fəaliyyəti haqqında daim yeni xəbərlərlə tanış ola bilərlər.


 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu