İtaliyanın məşhur müğənnisi Roberto Lorettinin Azərbaycanın işğal altındakı torpaqlarında konsert verəcəyi gözlənilir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Modern.az-a açıqlamasında bildirib ki, məsələ araşdırılacaq.
“Biz məsələnin araşdırılması nəticəsində qərar qəbul edəcəyik. Azərbaycan tərəfinin işğal olunmuş ərazilərimizə qanunsuz səfərlərlə bağlı mövqeyi qəti və prinsipialdır. Araşdırmanın nəticəsi olaraq müvafiq qərar veriləcək”.
Aqşin Kərimov