Modern.az

Simferopolda məscidə “Molotov kokteyli” atdılar

Simferopolda məscidə “Molotov kokteyli” atdılar

13 İyun 2014, 13:41



Bu gün səhər naməlum kişi Simferopolun Luqovoe mikrorayonundakı məscidə “Molotov kokteyli” atıb. Modern.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, məscidin imamı Məhəmməd İslamov deyib ki, nəzarət kamerasına səhər saat 5-də açıq rəngli paltarda bir kişinin əlində yandırıcı maddə olan şüşə ilə məscidə yaxınlaşdığı düşüb. İmamın sözlərinə görə, naməlum şəxsin davranışları onun hazırlıqlı olduğunu təsdiqləyir:

“O, dərhal “Molotov kokteyli” yandırıb üç şüşəni məscidə tərəf ataraq aradan çıxıb”.

Krım müsəlmanlarıDini İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, məscidə o qədər də ziyan dəyməyib. Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu