Modern.az

Elmin İnkişafı Fondu 5-ci “Mobillik qrantı”nı elan etdi

Elmin İnkişafı Fondu 5-ci “Mobillik qrantı”nı elan etdi

13 İyun 2014, 15:35

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında nəticələri yenicə elan olunmuş 4-cü “Mobillik qrantı” müsabiqəsinin qalibləri ilə ənənəvi görüş keçirilib. Tədbirdə çıxış edən Fondun icraçı direktoru qalibləri təbrik edib, ölkədə həyata keçirilən elm siyasətinin uğurlarından söz açıb.

Modern.az-ın məlumatına görə, tədbirdə həmçinin Elmin İnkişafı Fondu tərəfindən xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən növbəti 5-ci “Mobillik qrantı” müsabiqəsi elan edilib.

Müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə elan edilib.

Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 100 000  (yüz min) manat təşkil edəcək. Kiçik  maliyyə  həcmli  (10  min  manatadək)  qrantların verilməsi yolu ilə 2014-cü il 1 oktyabr – 31 dekabr tarixlərində Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən regional və beynəlxalq elmi tədbirlərdə elmi məruzələrlə, xaricdə  qısamüddətli təcrübəkeçmə  proqramlarında iştirakının qismən və  ya tam şəkildə maliyyələşdirilməsi təmin ediləcək.

Müsabiqədə iştirak etmək üçün ərizələr  2014-cü  il  17  iyun  tarixindən başlayaraq 31

iyul saat 17:00-dək qəbul olunacaq. 5-ci “Mobillik qrantı”  müsabiqəsinin nəticələrinin  2014-cü  ilin sentyabr ayında açıqlanması planlaşdırılır. Müsabiqə ilə bağlı ətraflı məlumat www.sdf.gov.az linkindən əldə edilə bilər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu