Modern.az

Şumaxer reanimasiya şöbəsinə keçirilib

Şumaxer reanimasiya şöbəsinə keçirilib

13 İyun 2014, 17:03


“Formula-1” yarışları üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer Fransanın Qrenoble xəstəxanasının xüsusi reabilitasiya şöbəsinə yerləşdirilib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, alman pilotun tam sağalması şansı həmişəki kimi yüksək deyil. Ancaq fransalı həkimlər onu reabilitasiya proseduruna hazırlayacaqlar.

Xatırladaq ki, 45 yaşlı Şumaxer 2013-cü il dekabrın 29-da Fransanın Alp dağlarında xizək sürərkən ağır kəllə-beyin zədəsi alıb. Keçmiş pilot iki əməliyyat keçirib və komaya düşüb.

 

  Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu