Modern.az-ın məlumatına görə, şair Rüstəm Behrudi xalq şairi Fikrət Qoca və yazıçı Əkrəm Əylislinin bir-birini təhqir etməsinə münasibət bildirib. “Mən anlaya bilmirəm ki, 80-i haqlayan bir qələm əhli qələm yoldaşına, keçmiş dostuna bu iyrənc sözləri nə cür söyləyə bilir. Ayıb, çox ayıb. Görmək istəmədiyiniz gənc nəsil sizdən nə öyrənəcək axı? Ə. Əylisli ilə razılaşmamaq olar, fikirlərinə etiraz eləmək olar, təhqir eləmək əsla! Fikrət müəllim! Bu sözləri sizə heç yaraşdırmadım”. Bunu tanınmış şair R.Behrudi öz facebook səhifəsində yazıb.
Qeyd edək ki, F. Qoca qalmaqallı “Daş yuxular” əsəri və onun müəllifi haqqında təhqiramiz ifadələr işlədib. Bundan sonra Ə. Əylisli xalq şairini “sırtılan adam” adlandırıb.
Elmin Nuri