Modern.az

Azərbaycanda əsgər əsgəri güllələyib

Azərbaycanda əsgər əsgəri güllələyib

14 İyun 2014, 11:57
Azərbaycanda hərbçi xidmət yoldaşını yaralayıb. APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların “N” saylı hərbi hissəsində qeydə alınıb. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Allahverdi Quliyevin əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Güllə onun hərbçi yoldaşı, müddətdən artıq xidmət edən hərbi qulluqçu Zahid Abdullayevə dəyib. 

Daxili Qoşunların mətbuat xidmətindən  faktı təsdiqləyiblər. Bildirilib ki, Z. Abdullayev yüngül xəsarət alıb, hazırda vəziyyəti normaldır. Faktla bağlı araşdırma aparılır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu