Modern.az

Səddam Hüseynin silahdaşı öldürüldü

Səddam Hüseynin silahdaşı öldürüldü

14 İyun 2014, 14:04
İraqın sabiq prezidenti Səddam Hüseynin yaxın silahdaşlarından biri olan Əhməd İzzət əd Duri öldürülüb.Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqın Tikrit şəhərində təhlükəsizlik qüvvələrinin evlərdən birinəetdiyi basqın zamanı 50 nəfər həyatını itirib.  

Öldürülən şəxslər arasında Səddam Hüseynin köməkçisi olmuş və İŞİD qruplaşmasına köməklik göstərən Əhməd İzzət əd-Durinin də olduğu bildirilir.  

Qeyd edək ki, ötən gün Qərb KİV-ləri İzzət əd Durinin İŞİD-ə köməklik göstərməsini yazmışdı. İddianı Səddam Hüseynin sabiq komandanları da təsdiq etmişdi. 

Rafiq Qənbərov


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu