Modern.az

Ermənistan müdafiə nazirini Azərbaycana göndərdi

Ermənistan müdafiə nazirini Azərbaycana göndərdi

Təhsil

14 İyun 2014, 20:57


Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanın işğal altındakı torpaqlarına səfər edib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Xankəndində Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ilə görüşən Seyran Ohanyan Ermənistanla qondarma qurum arasındakı hərbi əməkdaşlıq məsələlərini gündəmə gətirib. Dağlıq Qarabağdakı separatçı qurumun “müdafiə naziri” Movses Akopyanla görüşən Seyran Ohanyan cəbhə xəttindəki vəziyyəti də müzakirə edib.

Qeyd edək ki, bir müddət öncə Ermənistanın xarici işlər naziri Seyran Ohanyan başda olmaqla İrəvan diplomatiyasının yüksək vəzifəli nümayəndələri Dağlıq Qarabağa səfər etmişdilər. Ekspertlər bunu Ermənistanın Avrasiya İttifaqına üzv olması üçün yaranmış problemlə əlaqələndiriblər.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu