Modern.az

Azərbaycanın Əfqanıstan müharibəsi veteranları cəbhə bölgəsində - FOTOLAR

Azərbaycanın Əfqanıstan müharibəsi veteranları cəbhə bölgəsində - FOTOLAR

14 İyun 2014, 22:26
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyi ilə birlikdə Silahlı Qüvvələrdə tədbirlərin təşkilinə dair təşkilat komitəsi yaradılıb və tədbirlər planı təsdiq edilib.

Plana əsasən, İctimai Birliyin sədri və təşkilat komitəsinin həmsədri Məhəmməd Vəliyevin rəhbərlik etdiyi Əfqanıstan müharibəsi iştirakçılarından ibarət qrup cəbhə bölgəsindədir.
Onlar hərbi hissələrdə döyüşçülərlə görüşür, cəbhə xatirələrindən danışır və şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi üçün öz səylərini əsirgəmirlər.
Bu günlər ərzində onlar Goranboy, Ağdam bölgələrində ön səngərlərdə Vətən torpaqlarının keşiyini çəkən əsgərlərlə görüşüb, onlara xatirə hədiyyələri təqdim ediblər.
Əfqanıstan və Qarabağ müharibəsi iştirakçılarından, Binəqədi və Ağdam rayon Əfqanıstan Müharibəsi Veteranları təşkilatlarının sədrləri Məhəddin Rüstəmov, Rəfael Zeynalov, Ayxan Məmmədov, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev çıxış edib və Azərbaycan Ordusunun bugünkü qüdrətindən, gücündən qürur duyduqlarını bildirib, hər an Silahlı Qüvvələrin şəxsi heyətilə birlikdə Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bəyan ediblər.
İctimai Birliyi sədri Məhəmməd Vəliyev xidmətdə fərqlənən bir qrup zabitə xatirə medalları təqdim edib.








Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu