Rusiya prezidenti Vladimir Putin Fransa dövlət başçısı Fransua Olland və Almaniya kansleri Angela Merkellə Ukraynada yaranmış böhranı müzakirə edib.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə Kreml rəhbəri Fransa və Almaniya lideri ilə telefonla danışaraq Ukraynadakı gərginliyi müzakirə edib.
Hər üç dövlət lideri Rusiya qazının Ukraynaya ötürülməsi məsələsinə toxunub və rəsmi Kiyevin Avropa Birliyi ilə assosiativ üzvlük sazişi imzalamaq planınından danışıb. V. Putin vurğulayıb ki, Ukrayna Rusiyaya olan qaz borcunu ödəməlidir.
Modern.az