ABŞ İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı hərbi tədbirlər görmək qərarına gəlib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi İŞİD-ə qarşı hava əməliyyatlar aparmaq üçün hərbi gəmilərini İran körfəzinə doğru istiqamət aldığını bildirib.
ABŞ müdafiə naziri Cak Heygel də açıqlamasında hərbi texnika ilə bağlı məlumatlar verib. Onun sözlərinə görə “USS George” və “HW Bush” gəmiləri İran körfəzinə doğru yola çıxıb. O bildirib ki, həmin gəmilərin içərisində 103 min tonluq hərbi texnika var. Gəmilərin Umman dənizindən yola çıxıdığı bildirilir.Qeyd edək ki, ötən gün ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşə hərbi əməliyyatlar aparmayacaqlarını bəyan etmişdi.
Modern.az