Modern.az

Prezident maaşından imtina etdi

Prezident maaşından imtina etdi

16 İyun 2014, 00:07


Slovakiyanın prezidenti seçilən Andrey Kista iyunun 15-də and içərək rəsmən vəzifəsinin icrasına başlayıb. Modern.az xarici mətbuata istinadən bildirir ki, o, baş nazir Robert Fitsonun əsas rəqibi ilə iştirak etdiyi seçkidə inamlı qələbə qazanıb. Martın 29-da keçirilən seçkidə dövlət başçısı seçilən Andrey Kiska ali dövlət postunda olduğu bütün müddətdə əmək haqqından imtina edib. Slovakiyada dövlət başçısı ildə 600 min avro almalıdır. Kiskanın illik gəliri isə təxminən 700 min avrodur. Yeni dövlət başçısı biznesmendir, o, xərçəng xəstəliyinə yoluxan uşaqlara yardım fondu yaradıb. Kiska seçki kampaniyasında yalnız öz vəsaitini xərcləyib. Onun sözlərinə görə, xərcləri 5 illik gəlirindən də çox olub.

Modern.az  
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu