Modern.az

İŞİD-in türk komandirindən şok sözlər

İŞİD-in türk komandirindən şok sözlər

16 İyun 2014, 00:26



Türkiyənin Mosuldakı baş konsulluğuna basqınla gündəmə gələn “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasından olduğunu iddia edən və türkcə danışan bir nəfərin görüntüləri sosial şəbəkədə yayılıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, özünü İŞİD-in komandiri kimi təqdim edən və kimliyi bilinməyən şəxs cib telefonu ilə çəkilən görüntülərdə təhdidlər söyləyirİŞİD-in komandiri kimi təqdim edən və kimliyi bilinməyən şəxs cib telefonu ilə çəkilən görüntülərdə təhdidlər söyləyir. O, müsəlmanları İŞİD-ə qoşularaq döyüməyə də çağırır: “Biz o qədər rahat savaşırıq ki, Allah da bizə güc verir və qarşımıza çıxan bütün qüvvələri darmadağın edirik. Biz Rusiya, Çin, Suriya və Livanın “Hizbullah” şeytanları ilə savaşırıq. Bizim əsas hədəfimiz kafirlərdir. Allah bizə ən böyük savaşın burada olacağını söyləyir. Bilsinlər ki, onlar tamamilə bu torpaqlardan yox olacaqlar. Bir də Amerika belə deyirdi: “Ya bizdənsiniz, ya onlardan”. İndi biz bunu deyirik: “Ya bizdənsiniz iman edənlər, ya da kafirlərin yanındasınız, onlarla birlikdə məhv olcaqsınız”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu