Modern.az

Dünya Çempionatı-2014: Daha üç oyun, üç qələbə

Dünya Çempionatı-2014: Daha üç oyun, üç qələbə

16 İyun 2014, 11:47



Braziliyiada futbol üzrə 20-cu Dünya Çempionatında qrup mərhələsinin oyunları davam edir. Ötən gecə daha üç qarşılaşma baş tutub.

E qrupunun ilk matçında İsveçrə və Ekvador yığmaları üz-üzə gəlib. Oyunda ilk qolu Ekvador millisi vursa da, avropalılar ikinci hissənin əvvəllərində hesabı bərabərləşdirə bilib. Görüşün son saniylərində isə İsveçrə qələbə qolunu vuraraq 2:1 hesabı ilə qalib gəlib.

Qrupunda digər oyununda Fransa Hondurasla münasibətlərinə aydınlıq gətirib. Rəqibinə heç bir şans verməyən fransızlar görüşdən böyükhesablı qələbə ilə ayrılıblar  - 3:0.

F qrupunun ilk görüşündə Argentina millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Oyun cənubi amerikalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

E qrupu

İsveçrə - Ekvador - 2:1
Qollar: Behrami 48, Seferoviç 90+3 - Valensiya 22.

Fransa - Honduras - 3:0
Qollar: Benzema 44-pen., 72, Valladares 48-öz qapısına.

Fransa

1

1

0

0

3-0

3

İsveçrə

1

1

0

0

2-1

3

Ekvador

1

0

0

1

1-2

0

Honduras

1

0

0

1

0-3

0

F qrupu

Argentina - Bosniya və Herseqovina 2:1 
Qollar: Kolasinaç 3-öz qapısına, Messi 65 - İbişeviç 84.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu