Ötən gecə Şəmkir rayonu ərazisində baş vermiş dəhşətli yol qəzasında bir jurnalist də ağır yaralanıb. Modern.az-ın qəzadə xəsarət almış 10 nəfərdən biri 28 yaşlı Anar Rəhimovdur. A.əhimov Tovuz rayonunda fəaliyyət göstərən “Türkel” TV-nin əməkdaşıdır.
“Türkel” TV-dən faktı təsdiqləyərək bildiriblər ki, Anar Rəhimov xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Bakı-Qazax yolunun 375-ci kilometrliyində "VAZ" və "Opel" markalı minik avtomobilləri ilə "Mercedes" markalı mikroavtobus toqquşub. Nəticədə biri azyaşlı olmaqla 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
A.Qorxmaz