Modern.az

Kim ki yüz il yaşamırsa... - Ərik-həm dadlı, həm də faydalı

Kim ki yüz il yaşamırsa... - Ərik-həm dadlı, həm də faydalı

Təhsil

16 İyun 2014, 19:47


Yəqin çox az adam tapılar ki, yay fəslinin ən dadlı meyvələrindən biri olan ərikdən imtina etsin. Bu meyvənin faydasını bilənlər isə əriyi süfrələrindən əskik etmirlər. Əriyin faydaları hansılardır? Bu sualı cavablandırmazdan əvvəl onun tərkibinə nəzər salsaq çox şey aydın olar:

su, 86 q.
protein, 0.9 q.
yağ, 0.1 q.
karbohidratlar, 10.8 q.
pektin, 0.7 q.
üzvi turşu 1 q.
kalium, 305 mq.
kalsium, 28 mq.
maqnezium, 8 mq.
natrium, 3 mq.
fosfor, 26 mq.
vitamin B, 1.6 mq.
vitamin E, 0.95 mq.
vitamin C, 10 mq.
vitamin B1, 0,03 mq.
vitamin B2, 0.06 mq.
vitamin B9, 0.3 mq.
vitamin PP, 0.7 mq.

100 qram əriyin tərkibi insan üçün lazım olan bu vitamin və mikroelementlərlə zəngindir. Əgər siz də orqanizminizi bu sadalananlarla təmin etmək istəyirsinizsə cəmisi 3-4 ərik yemək kifayətdir.
Ərik orqanizmin ümumi tonusunu stimullaşdırır, bədənə qüvvət verir. Sinir sisteminə müsbət təsir göstərən ərik əsəbləri sakitləşdirir. Ürək-damar sistemi üçün ərik olduqca faydalıdır. İmmun sistemini gücləndirmək üçün ərik ən yaxşı vasitələrdən biridir.
Bu meyvə həmçinin qaraciyərin fəaliyyətini yaxşılaşdırır. P roblemi olanlara ərik yemək məsləhət görülür. Mədə xəstəlikləri zamanı və maddələr mübadiləsi pozularkən ərikdən istifadə xeyirlidir.

Tərkibində karotin olmaqla ərik sidik kisəsinin, mədənin, qida borusunun, ağciyərlərin xərçəng xəstəliyinə tutulmaq riskini azaldır. Ərik yaddaşı gücləndirir, zehni fəaliyyətə müsbət təsir göstərir. Ərik şirəsi öz zəngin tərkibinə görə uşaqlar və hamilə qadınlar üçün də faydalıdır.
Gündəlik 150-200 qram ərik şirəsi içməklə orqanizmin sutkalıq karotinə olan tələbatını ödəmək olar. Ərik şirəsi mədə turşuluğunu normallaşdırır. Bu meyvənin şirəsi həmçinin sidikqovucudur. Yüksək qan təzyiqindən şikayətlənənlər üçün ərik ən yaxşı təbii vasitədir. Dərinizin sağlam olmasını istəyirsinizsə ərikdən daha çox istifadə edin.
Şəkərli diabet xəstələri üçün ərikdən istifadə məhdudlaşdırılmalıdır.

Göründüyü kini əriyin insan orqanizmi üçün bir çox faydaları var. Tək o qalır ki, büdcənizdən kişik bir məbləğ sərf edib süfrənizi bu dadlı və faydalı meyvə ilə bəzəyəsiniz.

İlham Cəmiloğlu    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu