İtalyan məşqçi Roberto Mancininin gedişinin ardından “Qalatasaray”ın gündəminə gələn rumın çalışdırıcı Mirça Luçesku “Donbas Arena”da təşkil edilən mətbuat konfransında Ukraynada yaşanan vəziyyətə də toxunub. Kievdən Donetskə çətinliklə çatdığını deyən Luçesku "biz “Şaxtyor”la 10 il əvvəl başladığımız işə davam edəcəyik. 10 il boyunca birlikdə olduğum komandaya, klub prezidentinə, şəhərə “əlvida”' demək olmaz",-söyləyib. Modern.az xəbər verir ki, jurnalistlərin suallarını cavablayan rumıniyalı məşqçi Türkiyədən bəzi komandaların təmsilçiləriylə görüşmələrinin olduğu iddialarına belə münasibət bildirib: "Görüşmələrimiz oldu, bununla əlaqədar da şərh etdim. Təkrar edirəm, “Şaxtyor”u buraxmayacağam. Burada işimə davam edəcəyəm".
Beləliklə də ünlü məşqçi Mirça Luçesku “Qalatasaray”a gəlişi barədə deyilənlərin üstündən xətt çəkib.
Modern.az