Modern.az

Məlahət İbrahimqızı erməni deputatlara: “Bizdən öyrənin”

Məlahət İbrahimqızı erməni deputatlara: “Bizdən öyrənin”

17 İyun 2014, 09:44


Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarında millət vəkili Məlahət İbrahimqızı işğalçı Ermənistanın tədbirə qatılan nümayəndələrini çıxılmaz vəziyyətə salıb.

Deputat Ermənistanda fəaliyyət göstərən, amma özünü müstəqil ekspert hesab edən araşdırma mərkəzinin rəhbəri Eduard Qaraquzyani sərt şəkildə tənqid edib: “Erməni ekspert çıxışında neytral mövqe tutmağa çalışsada alınmadı. Hətta dəfələrlə ötən 22 il ərzində Ermənistanda heç bir naliyyətin əldə olunmadığını və əksinə gerilmələrin olduğunu bildirdi. Ekspert həmçinin çıxışı zamanı dövlətin başında duranların ictimiayyətə konkret səmərəli təkliflər vermələrini vurğuladı. Qarabağ probleminin həllində tərəflərin biri-birlərini mühakimə etməsinin düzgün mövqe olmadığını diqqətə çatdırdı. Məndə bir millət vəkili olaraq, bu araşdırma mərkəzinin rəhbərinin əslində Ermənistan tərəfini müdafiə etdiyini və neytrallığını qoruya bilmədiyi fikrindəyəm. Siz neytrallığı qorumağa çalışsanızda bu alınmadı. Yenədə Ermənistan tərəfini müdafiə etdiniz. Qarabağ probleminin həllində yaranmış durğunluğun əsas səbəbindən istifadə edərək bildirmək istəyirəm ki, nə vaxta qədər ki Qarabağ probleminin həllində tərəflər bərabər səviyyəli hesab olunacaq, o vaxta qədərdə bu problemin həllində tıxac əmələ gələcək. Nə vaxtki işğalçıya işğalçı adı veriləcək, o zaman qəbul olunmuş beynəlxalq hüquq çərçivəsində də problemə baxılacaq, onda əlbəttdə bu problemin həllində irəliləyiş olacaq. Bugün beynəlxalq təşkilatlar da Azərbaycanın 20% torpaqlarının işğal altında olunduğunu tısdiqləyirlər. Amma real işlərə gələndə Ermənistan tərəfinə güzəştə gedilir. Heç işğalçı tərəflə kompromisə getmək olarmı? Əlbəttə bütün dünya bu gün Ermənistanı işğalçı dövlət kimi tanıyır. Beynəlxalq hüquqda əldə olunan nailliyyət Azərbaycanın əldə etdiyi nailiyyətdir. Bir dövlətin gücü həm də onun demoqrafik gücündədir. Bu gün ölkəmizdə Ermənistanla müqayisədə əhalinin sayı sürətlə artır. Ermənistanda hazırda iqtisadi tənəzzül var” deyə millət vəkili çıxışında bildirib.

Tədbirdə çıxış edən Asan Xidmətin rəhbəri ölkəmizdə bu xidmətin yüksək səviyyədə olduğunu vurğulayıb. Bunun ardınca Ermənistandan olan millət vəkilləri Azərbaycanda əldə olunan uğurlarla bağlı provatik fikirlər səsləndriməyə başlayıblar. M. İbrahimqızı isə erməni deputata deyib ki, belə qarayaxmadansa, gəldiyiniz ölkə barədə bir qədər məlumatlı olsaydılar yaxşı olardı: “Erməni deputatlar zəhmət çəkib Azərbaycana gəliblər, bundan istifadə edib heç olmasa bizim dövlət təcrübəmizdən hər hansı bir şey öyrənsinlər. Təəssüf ki, onlar bu məqamda da konstruktivlikdən uzaqdırlar. Bəli, bir daha əmin oldum ki, onlar heç bir konstruktiv mövqe göstərə bilmirlər. Yadınıza salım ki, Azərbaycan, Ermənistan, Gürcüstan keçmiş SSR respublikalarıdır. 80-90 il ərzində totalitar rejimin təhdidi altında yaşamışıq. Bu günkü korrupsiya da, digər sahələrdə olan problemlər də bizə SSRİ-dən miras qalmış nöqsanlardı. Ancaq onu da bilməlisiniz ki, Azərbaycanın Dövlət başçısı buna qarşı çox güclü siyasət yürüdür. Elə qarşınızda çıxış edən Asan Xidmətin rəhbəri bunun bariz nümunəsini sərgilıdi”.

 

Pərvin ARZUQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu