Bu gün Azərbaycan Yazıçılar Birliyi özünün XII qurultayını keçirir. Modern. az xəbər verir ki, saat 11:00-da başlayacaq qurultayda sədr seçkiləri ilə yanaşı bir sıra əsaslı addımlar da atılacaq. Hazırda Heydər Əliyevin məzarını ziyarət edən qurultay nümayəndələri Şəhidlər Xiyabanını da yad edəndən sonra qurultayın keçiriləcəyi məkana yollanacaqlar. Qeyd edək ki, qurultay Akademik Milli Dram teatrında keçiriləcək.
Qurultay saat 11:00 - da öz işinə başlayacaq. Qurultaya xarici yazıçılar da dəvət olunub.
Elmin Nuri